Ukrayna tərəfinin məlumatına əsasən, Rusiya tərəfindən Xarkova hücum nəticəsində azı 4 nəfər həlak olub
Rusiya tərəfindən Ukraynanın Xarkov şəhərinə hücum nəticəsində biri azyaşlı uşaq olmaqla azı 4 nəfər həlak olub.
Xarkov Vilayət Administrasiyasının rəhbəri Oleq Sinequbovun bəyanatına əsasən, həlak olanlar arasında bir yaş yarımlıq qız uşağı var. Altı uşaq olmaqla azı 17 nəfər xəsarət alıb.
Dağıntılar altında bu vaxta qədər insanların olduğunu ehtimal edirlər. Ərazidə xilasetmə qrupları işləyir.
Sinequbov rusların Xarkovun sənaye rayonuna zərbə endirdiyini deyib. Dronlardan biri isə yaşayış binasına düşüb, nəticədə yanğın baş verib. Ümumilikdə 6 yaşayış binasına və 15 avtomobilə ziyan dəyib.