Ukrayna tərəfinin məlumatına əsasən, Rusiya Kiyevə kütləvi hücum həyata keçirib, 2 nəfər həlak olub və 52 nəfər yaralanıb
Rusiya Kiyevə kütləvi hücum həyata keçirib. Ukrayna mediasının məlumatına əsasən, raket hücumu nəticəsində 2 nəfər həlak olub, 52 nəfər isə yaralanıb.
Kiyevin meri Vitali Kliçkonun bəyanatına əsasən, Svyatoşinski rayonunda yaşayış binasının girişi dağılıb. Hadisə yerinə xüsusi xidmət səfərbər edilib. Başqa rayonlarda binalar, avtomobillər, uşaq bağçası və məktəb binası yanıb. Kliçko ziyanın böyük olduğunu deyib.
Ölkə prezidenti Volodimir Zelenski də hadisəyə münasibət bildirib.
“Kiyev, raket hücumu birbaşa yaşayış binasına, insanlar dağıntılar altındadır. Bütün xidmətlər hadisə yerinə səfərbər olunub. Ruslar terrorçudur” – Zelenski sosial şəbəkədə yazır və hadisə yerindən video paylaşır.