Ukrayna tərəfinin məlumatına əsasən, Rusiya gecə ərzində Xarkov vilayətinə pilotsuz uçuş aparatları ilə hücum edib
Rusiya tərəfi gecə ərzində Xarkov vilayətinə pilotsuz uçuş aparatları ilə hücum edib – bu barədə məlumatı Ukrayna mediası yayır. Medianın məlumatına əsasən, nəticədə biri azyaşlı olmaqla 8 nəfər yaralanıb.
Xarkov vilayətinin qubernatoru Oleq Sinequbovun dediyi kimi, əhalinin məskunlaşdığı bir neçə ərazidə mülki infrastruktura ziyan dəyib. Vilayətin qubernatoru, hücum nəticəsində Xarkov vilayətinin üç yaşayış məntəqəsinin zərər gördüyünü bildirib.