Ukrayna tərəfində muzdlu döyüşçü kimi iştirak etməkdə ittiham olunan amerikalı pensiyaçı Stefan Habard Moskvada 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib

15:57, 07.10.2024

 
Moskva Şəhər Məhkəməsi amerikalı pensiyaçı Stefan Habardı altı il on ay müddətinə azadlıqdan məhrum edib. O, “silahlı münaqişədə Ukrayna tərəfində muzdlu döyüşçü kimi iştirak etməkdə” ittiham olunub.

Prokurorluq Habard üçün 7 il həbs cəzası tələb edirdi. Rusiya Cinayət Məcəlləsinin muzdlu döyüşlə bağlı maddəsi 15 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Moskva Şəhər Məhkəməsi Stefan Habardın cinayət işinin müzakirəsinə sentyabrın sonunda başlayıb. Məhkəmə prosesi başlamazdan əvvəl nə rus, nə də Amerika mediası Habard haqqında yazıb. Amerikalının nə vaxt saxlanıldığı da bilinmir.

Rusiyanın “RİA Novosti” dövlət agentliyinin məlumatına əsasən, Stefan Habard Miçiqan ştatında anadan olub və ABŞ vətəndaşıdır. O, 2014-cü ildə Ukraynaya köçüb və “həyat yoldaşı deyə çağırdığı və sonradan onu tərk edən” qadınla yaşayıb. Müxtəlif mənbələrə əsasən, Habard 72 və ya 73 yaşındadır.

Oxşar