Ukrayna tərəfi ilhaq edilmiş Krımda yerləşən dəniz neft terminalına hücum nəticəsində 16 çənin zərər görməsi haqda məlumat verir
Ukrayna tərəfi ilhaq edilmiş Krımda yerləşən dəniz neft terminalına hücum nəticəsində 16 çənin zərər görməsi haqda məlumat verir

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında Rusiyanın ilhaq etdiyi Krımda yerləşən dəniz neft terminalına hücum nəticəsində 16 çənin zərər gördüyünü bildirirlər.

Baş Qərargahın məlumatında qeyd olunduğu kimi, Feodosiyada yerləşən neft bazasına hücumu oktyabrın 13-də gecə həyata keçiriblər. Bu müəssisəyə edilən hücumlar nəticəsində yanğın tüğyan edir.

Son zamanlar Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasında yerləşən neft terminalına dəfələrlə zərbələr endirilib. Oktyabrın 6-da hücum zamanı müəssisədə yanğın bir neçə gün davam edib. Oktyabrın 10-da neft bazasına hücum bir daha dronlarla həyata keçirilib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında Feodosiyadakı neft terminalının Rusiya ordusunun yanacaq-sürtkü materialları ilə təmin olunmasında mühüm logistik rol oynadığını bildirirlər. Neft terminalında yerləşən çənlərdə ümumilikdə 193 min kubmetr neft məhsulları saxlanılır.