Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Krımın işğaldan azad edilməsinin 12 addımını təqdim etdi
Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi, Aleksey Danilov Krımın işğaldan azad edilməsinin 12 addımını təqdim etdi. Sənəd Rusiyanın aneksiya etdiyi yarımadasının Ukraynanın yurisdiksiyasına qaytarılmasını nəzərdə tutur.
Proqram Krım körpüsünün tamamilə sökülməsi, 2014-cü ildən sonra Krıma gələn Rusiya vətəndaşlarının deportasiyası və Sevastopolun adının dəyişdirilməsini əhatə edir.
Danilovun dediyinə görə, Sevastopolun adını dəyişdirmək lazımdır, çünki “o, rus ideologiyasında və Rusiyanın tarixin yenidən yazılması prosesində müəyyən rol oynayır”.
Danilov yazır ki, Krımın işğaldan azad edilməsi proqramı Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən ekspertlərin iştirakı ilə hazırlanıb.