Ukrayna taxılı ilə yüklənmiş ilk gəmi Türkiyəyə daxil oldu

10:41, 03.08.2022

Ukrayna taxılı ilə yüklənmiş ilk gəmi Türkiyəyə daxil oldu.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, dünən Odessa limanından çıxan qarğıdalı yüklü gəmi artıq Bosfor boğazındadır.

“Dünən Odesa limanından yola düşən “Sierra Leone” bayrağı altında üzən qarğıdalı yüklü “Razoni2 gəmisi artıq Bosfor boğazındadır”, – Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Gəmi indi ümumi nəzarət qrupu yoxlamasından keçəcək. Bu qrupa Rusiya və Ukraynanın yüksək vəzifəli şəxsləri daxildilər. Yoxlamaya İstanbuldakı koordinasiya mərkəzi cavabdehdir.

Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı Ukrayna limanlarından ərzaq və taxılın təhlükəsiz daşınmasına dair razılığa iyulun 22-də gəldilər.

https://twitter.com/tcsavunma/status/1554529697278697478?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1554529697278697478%7Ctwgr%5E832dba119a4fa389a428cc4a05242621cc916cbc%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2F1tv.ge%2Fnews%2Fukrainuli-marcvleulit-datvirtuli-pirveli-gemi-turqetshi-chavida%2F%3Ffbclid%3DIwAR3DOfsGoNOzjYSlpVArAf51YFH0Pr_YpjBlXMRWDrrf1rqtCwlpI5QVBaM

Oxşar