Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Kiyevə ballistik raketlərlə hücum etdilər, Ukraynanın demək olar ki, bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilib

13:44, 16.06.2023

Az öncə Ukraynanın paytaxtında partlayış səsi eşidildi. Ukrayna paytaxtının meri, Vitali Kliçkonun verdiyi məlumata görə, şəhərə raket hücumu həyata keçirildi.

Kiyev Hərbi Dairəsinin Administrasiyasının məlumatına görə, havadan müdafiə sistemi işləyir.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Kiyevə ballistik raketlərlə hücum etdilər. Elə onların məlumatlana görə, “Kalibr” tipli raketlər Ukraynanın şimalına da buraxılıb. Ukraynanın demək olar ki, bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilib.

Qeyd olunan hücumla bağlı məlumat Cənubi Afrika Respublikasının prezidenti, Siril Ramafosa Ukraynada səfərdə olarkən yayılır. O, Ukrayna hakimiyyəti ilə Afrika sülh təşəbbüsünü müzakirə etməyi planlaşdırır. Ramafosa artıq Buçadadır.

Oxşar