Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, cənub istiqamətində düşmənin beş silah-sursat anbarını məhv edə bildilər
Ukrayna hərbçiləri cənub istiqamətində düşmənin beş silah-sursat anbarını məhv edə bildilər.
Ukrayna Silahlı Qüvvələrinin Cənub Komandanlığına isitnad edərək Ukrayna mediasının yazdığına görə, bərə keçidi və pilotsuz uçuş aparatlarının idarəetmə postu məhv edilib.
“102 rus əsgəri, 6 tank, Msta-B haubitsa, “Qrad” reaktiv yaylım atəşi sistemi, mobil 120 mm-lik minaatan və səkkiz zirehli texnika məhv edilib”, – bəuyanatda deyilir.
Ukrayna aviasiyası Rusiya ordusunun ümumilikdə 18 komanda və dəstək məntəqəsinə, döyüş sursatı və yanacaq-sürtkü materialları anbarlarına, logistika obyektlərinə hücum həyata keçirdi.
Raket-artilleriya bölmələri doqquz komanda məntəqəsinə, iki bərə keçidinə və pilotsuz uçuş aparatları üçün iki idarəetmə məntəqəsinə hücum etdi.
Elə onların məlumatına görə, Antonovski, Kaxovki və Dariyevki körpülərində atəş nəzarəti də davam edir.