Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında Pokrovskda rus piyada qoşununa qarşı aktiv əks-hücumun davam etdiyini bildirirlər
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında Pokrovskda rus piyada qoşununa qarşı aktiv əks-hücumun davam etdiyini bildirirlər

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında Pokrovskda rus piyada qoşununa qarşı aktiv əks-hücumun davam etdiyini bildirirlər.

“Pokrovska nüfuz etməyə və cəmləşməyə çalışan düşmənin qarşısını almaq üçün tədbirlər görülür” – bəyanatda qeyd olunub.

Baş Qərargahın məlumatında son 24 saat ərzində Rusiyanın Pokrovsk istiqamətində Ukrayna bölmələrinin mövqelərinə doğru 93 dəfə irəliləməyə cəhd etdiyi deyilir.

Eyni zamanda, Rusiyanın Müdafiə Nazirliyi Pokrovsk və Kupyanskda olan Ukrayna qoşunlarının mühasirədə olduğunu və onların könüllü təslim olmaqdan başqa xilas olma şansının olmadığını bildirir.