Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı təsdiqləyib ki, Saratovda yerləşən neft emalı zavodlarından birinə hücum edilib
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı təsdiqləyib ki, Saratovda yerləşən neft emalı zavodlarından birinə hücum edilib

Ukrayna, Saratovda illik yeddi milyon tona qədər neft emal edən zavodlardan birinə hücum edib. Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı təsdiqləyib.

Bəyanatda bildirilib ki, bu obyekt Rusiyanın yanacaq infrastrukturunun əsas obyektlərindən biridir.

Məlumata görə, dron zərbəsi nəticəsində müəssisə ərazisində partlayışlar və yanğın baş verib.

“Ukrayna müdafiə qüvvələri sistemli şəkildə tədbirlər görməyə davam edir ki, bunlar düşmənin hərbi-iqtisadi potensialının azaldılmasına yönəlib. Məqsəd – onu dövlətimizə qarşı silahlı təcavüzü dayandırmağa məcbur etməkdir. Rusiyanın ərazisində yerləşən və Ukraynaya qarşı cinayətkar müharibənin təminatında iştirak edən hər bir zədələnmiş obyekt bizi ədalətli sülhə yaxınlaşdırır”, – deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında qeyd olunur.