Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: Rusiyanın Ukraynaya qarşı müharibədə itkiləri 1,5 milyon hərbçini ötüb

14:18, 09.09.2026

Rusiyanın Ukraynaya qarşı müharibədə itkiləri 1,5 milyon hərbçini ötüb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, itkilərə həm həlak olan, həm də müharibə zamanı yaralanan hərbçilər daxildir.

Ukrayna Baş Qərargahının məlumatına əsasən, son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri təxminən 1 480 rusiyalı hərbçini zərərsizləşdirib.

Baş Qərargahın açıqlamasına görə, 2024-cü ildən bu günədək Rusiyanın itkiləri arasında 12 338 tank, 25 290 zirehli texnika, 49 383 artilleriya sistemi, 1 613 hava hücumundan müdafiə sistemi, 5 103 qanadlı pilotsuz uçuş aparatı, eləcə də digər texnika və hərbi avadanlıqlar var.

Oxşar