Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı – Baxmut hələ də hərbi əməliyyatların episentridir

10:51, 21.05.2023

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında bəyan edirlər ki, Baxmut hələ də hərbi əməliyyatların episentridir. Bu barədə Baş Qərargahın səhər yaydığı hesabatda deyilir.

“Düşmən əsas səylərini Kupyansk, Liman, Baxmut, Avdeevka və Marinka istiqamətlərində konsentrasiyasını davam etdirir. Cəmi, ötən gecə ərzində qeyd olunan cəbhə xəttində 53 döyüş toqquşması ba verdi, Baxmut və Marinkahələ də hərbi əməliyyatların episentridir”, – hesabatda deyilir.

Xatırladaq ki, dünən “Vaqner” özəl hərbi şirkətinin təsisçisi, Evqeni Proqjin bəyan etdi ki, Rusiya qüvvələri Baxmutu tamamilə tutublar. Az sonra bu barədə Rusiya Müdafiə Nazirliyində də bəyan etdilər.

Ukrayna Müdafiə Nazirliyində isə, bəyan edirlər, Baxmutda vəziyyətin kritik olmasına baxmayaraq, Ukrayna hərbçiləri ayrı-ayrı obyektlərə nəzarət edirlər.

Ukrayna Silahlı Qüvvələrinin Şərq Komandanlığının spikeri, Sergey Çerevatın bəyanatına görə, Priqojin Baxmutun tam tutduğunu elan etməklə, öz kirayələnmiş döyüşçülərini şəhərdən tez bir zamanda geri çəkmək istəyir, çünki “Vqner” qruplaşması dağılıb və o, öz ən yaxşı döyüşçülərini itirdi.

Oxşar