Ukrayna Silahlı Qüvvələrində bəyan edirlər ki, ruslar tərəfindən tutulan "Zmeyni" adasına zərbələr endirdilər
Ukrayna Silahlı Qüvvələrində bəyan edirlər ki, ruslar tərəfindən tutulan "Zmeyni" adasına zərbələr endirdilər

“Cənub” Əməliyyat Komandanlığının məlumatına görə, Ukraynanın “Zmeyni” adasına endirdiyi zərbələr nəticəsində üç “Strela-10” zenit-raket kompleksi və rabitə vasitələri məhv edilib.

Ukrayna tərəfinin məlumatına görə, zərbələr nəticəsində adada yerləşdirilmiş Rusiya ordusunun şəxsi heyəti arasında da itkilər var.

“Cənub” operativ komandanlığının məlumatına görə, adaya hücumdan sonra Rusiya donanması Qara Dənizdə aktivləşib. Komandanlığa əsasən, ruslar adada qalan şəxsi heyəti qayıqlarla təxliyyə etməyə çalışır, sualtı qayıqlar və digər döyüş gəmiləri isə raket zərbələrinə hazır vəziyyətdədir.

“Zmeyn” adasını ruslar müharibənin əvvəlində tutdular. Əvvəlcə oradakı hərbçilərin hamısının öldürüldüyü bildirdi, lakin sonradan Ukrayna prezidenti mətbuata açıqlamasında rusların Ukraynalı əsgərlərin bir qismini öldürdüyünü, bəzilərini isə əsir götürdüyünü bəyan etdi.