Ukrayna Silahlı Qüvvələrində avqustun 21-də gecə Rusiyanın Ukraynaya 641 dron və raketlə hücum etdiyini bildirirlər
Ukrayna Silahlı Qüvvələrində avqustun 21-də gecə Rusiyanın Ukraynaya 641 dron və raketlə hücum etdiyini bildirirlər.
Əsasən Ukraynanın qərb hissəsində yerləşən şəhər və qəsəbələr Rusiyanın hədəfləri olub. Bir nəfərin həlak olduğu Lvov da onların arasında olub. Onlarla evə ziyan dəyib. Rus dronları Zakarpatiya bölgəsinin Mukaçevo şəhərinə, eləcə də Lutska hücum ediblər. Mukaçevoda 15 vətəndaş yaralanıb.
“BBC”nin məlumatına əsasən, görünür, Rusiyanın zərbəsi nəticəsində Mukaçevoda elektrik avadanlıqları istehsal edən Amerika şirkəti “Flex-Ukrayna”nın zavodu zədələnib.
Ukraynanın xarici işlər naziri də bu hücuma münasibət bildirib və qeyd edib ki, Rusiyanın zərbələrinin məqsədi xalqı terror etməkdir.
“Raketlərdən biri qərb bölgəmizdə yerləşən böyük Amerika elektronika istehsalçısının obyektinə dəydi, bu da ciddi ziyan və insan tələfatına səbəb oldu. Bu tamamilə mülki obyektdir və onun nə müdafiə ilə, nə də hərbçilərlə heç bir əlaqəsi yoxdur. Heç bir hərbi məntiq və ya ehtiyac, sadəcə olaraq insanlara, müəssisələrə və ölkəmizdəki normal həyata qarşı terror” – Andrey Sibiha yazır.
“BBC”nin məlumatına əsasən, Rusiya gecə ərzində Roven vilayəti istiqamətində ən azı dörd “Kinjal” aeroballistik raketi atıb. Dubno şəhəri zərbənin hədəfi olub. Hücum zamanı həmçinin müxtəlif növ qanadlı raketlərdən istifadə edilib.