Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ukraynaya kütləvi hücum zamanı 215 raket və pilotsuz uçuş aparatından istifadə etdiyinə dair məlumat verir
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ukraynaya kütləvi hücum zamanı 215 raket və pilotsuz uçuş aparatından istifadə etdiyinə dair məlumat verir.
Ukrayna Silahlı Qüvvələrində bəyan edildiyi üzrə, aprelin 24-də gecə rus hərbçilər Ukraynaya birgə (kombinə edilmiş) zərbə endiriblər, bu zaman hava, quru və dəniz bazalanmalı müxtəlif tip raketlər, eləcə də pilotsuz uçuş aparatları istifadə olunub.
Xüsusilə, Rusiya Ukrayna ərazisi istiqamətində 145 dron; 37 qanadlı raket X-101; 12 qanadlı raket “Kalibr”; 11 “Iskander” ballistik reketi; 6 “Iskander-K” qanadlı raketi; 4 idarə olunan aviasiya raketi X-59/Х-69 atıb.
Ukraynanın hava hücumundan müdafiə vasitələri ilə 112 dron vurulub, daha 68 pilotsuz uçuş aparatı isə hədəfinə çata bilməyib.
Rusiya Kiyev, Xarkov, Dnepropetrovsk, Jitomir və Xmelnitski vilayətlərinə hücum edib.
Bu vaxta olan məlumata əsasən, təkcə Kiyevdə ikisi uşaq olmaqla 9 nəfər həlak olub. 70 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onların arasında xəstəxanaya çatdırılan 6 azyaşlı var. Zərərçəkənlərin bir hissəsi dağıntılar altında qalıb və onların axtarışları davam edir.