Ukrayna Silahlı Qüvvələri Rusiyanın Novqorod vilayətində yerləşən 123-cü Aviasiya Təmiri Zavoduna hücum edib
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Novqorod vilayətində yerləşən 123-cü Aviasiya Təmiri Zavoduna hücum edib.
123-cü Təyyarə Təmiri Zavodu Rusiyanın hərbi nəqliyyat təyyarələrinə, xüsusən “İl-76”, “İl-78” və “L-410” modellərinə xidmət göstərir.
Gecə saatlarında baş verən hücumdan sonra internetdə ərazidə yanğının başladığını əks etdirən videolar yayılıb. Yayılan məlumata əsasən, zavoda bir neçə yanğınsöndürən avtomobil cəlb olunub.
Ukrayna və Rusiya rəsmiləri zərbə ilə bağlı məlumatlara dair hələlik bəyanat yaymayıblar.
Həmçinin dəyən ziyanın miqyası və ya ehtimal olunan tələfat barədə məlumat yoxdur.
Bu, zavoda ilk hücum deyil. Ukrayna Silahlı Qüvvələri cari ilin mart ayında da zavoda zərbə endirmiş, anqara və “A-50” erkən xəbərdarlıq təyyarəsinə ziyan vurmuşdu.