Ukrayna Silahlı Qüvvələri rus əsgərlərin təxliyəyə çalışan üç mülki vətəndaşı qətlə yetirdiyini bəyan edir
Ukrayna Silahlı Qüvvələri rus əsgərlərin təxliyəyə çalışan üç mülki vətəndaşı qətlə yetirdiyini bəyan edir

 

Ukrayna Silahlı Qüvvələrinin 77-ci Hava-Desant Briqadasının pilotları rus əsgərlərin üç mülki vətəndaşı qətlə yetirdiyini bildirirlər.

Onların məlumatına əsasən, vətəndaşlar döyüş zonasından təxliyəyə çalışırdılar.

“77-ci Hava-Desant Briqadasının pilotları daha bir cinayəti qeydə alıblar. Xarkov vilayətinin Zaqrizovo və Boquslavka kəndləri arasında motorlu traktorla hərəkət edən mülki vətəndaşlara hava-mobil dron hücumu. Vətəndaşlar döyüş zonasından təxliyəyə çalışırdılar, lakin məhz həmin anda rus qüvvələri onları qəsdən dronla hədəfə alıblar” – pilotlar deyirlər.

Pilotlar, hücumun qəsdən təşkil edildiyini və hərbi təhlükə yaratmayan insanları öldürmək məqsədi daşıdığını bildiriblər.

Ukrayna Silahlı Qüvvələrinin bəyanatına əsasən, qeyd olunan hadisə rus qüvvələri tərəfindən qanun, əxlaq və insanlıq prinsiplərinə uyğun olmayan hərbi metodlardan istifadəni bir daha təsdiqləyir.