Ukrayna Silahlı Qüvvələri Krasnodar diyarına dronlarla hücum edib, nəticədə 1 nəfər həlak olub
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, ötən gecə region Ukrayna Silahlı Qüvvələrinin bir neçə yüz pilotsuz uçuş aparatı ilə hücumuna məruz qalıb.
Onun sözlərinə görə, Novorossiysk şəhərində dronların qalıqları 21 yaşayış binasına və 4 müəssisəyə düşüb. Nəticədə 8 yaşlı uşaq həlak olub, 8 nəfər yaralanıb.
Krasnodar diyarının qubernatorunun bildirdiyinə görə, Temryuk rayonunda isə dron qalıqları fərdi yaşayış evinin həyətinə düşüb. Bir nəfər yaralanıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Eyni zamanda, Rusiya hərbçilərinin Ukraynaya həyata keçirdiyi hücum nəticəsində Xersonda 2 nəfər həlak olub, 2 nəfər yaralanıb.