Ukrayna sərhədindən 2 700 kilometr məsafədə yerləşən Omsk neft emalı zavodunu dronlarla vurub
Ukraynanın dron hücumundan sonra Rusiyanın ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb.
Ukrayna sərhədindən 2 700 kilometr məsafədə yerləşən Omsk neft emalı zavodunda hücumdan sonra yanğın baş verib. Bu, bütün müharibə boyu Kiyev tərəfindən həyata keçirilən ən uzaq məsafəli hücumlardan biri olub.
Ukrayna Prezidenti Volodimir Zelenski zərbəni mühüm uğur adlandırıb.
Ukraynanın “Fire Point” müdafiə texnologiyaları şirkəti bəyan edib ki, Omsk neft emalı zavoduna hücumu təkmilləşdirilmiş “FP-1” dronları ilə həyata keçirib. Şirkət bu uçuşu təkcə Ukraynada deyil, həm də bütün dünyada zərbə dronlarının rekord uçuşu adlandırıb.