Ukrayna səfirliyinin nümayəndəsi Andrey Kasyanov Gürcüstan Xarici İşlər Nazirliyində olub
Ukrayna səfirliyinin nümayəndəsi Andrey Kasyanov Xarici İşlər Nazirliyində olub və İlya Darçiaşvili ilə görüşüb.
Xarici İşlər Nazirliyinə gəlməyə səbəb Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin dünənki açıqlaması olub.
Andrey Kasyanov şərh vermədən Xarici İşlər Nazirliyinin binasını tərk edib.
Məlum olduğu kimi, Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat xidməti bəyanat yayıb və ona əsasən, “beynəlxalq sanksiyaların tətbiqi səbəbindən Rusiya Federasiyası hərbi, ikili təyinatlı və mülki malların tədarükü imkanından məhrumdur. . Sanksiyalardan yan keçmək üçün Rusiya agentləri xüsusilə Gürcüstan ərazisindən keçən qaçaqmalçılıq kanalları yaradırlar. Eyni zamanda, Gürcüstan xüsusi xidmət orqanlarının nümayəndələri siyasi rəhbərlikdən qaçaqmalçıların fəaliyyətinə qarışmamaq barədə göstərişlər alıblar”.