Ukrayna Rusiyaya cavab zərbəsi endirib və Stavropolda yerləşən neft bazasına dronlarla hücum edib
Ukrayna Rusiyaya cavab zərbəsi endirib və Stavropol diyarında yerləşən neft bazasına hücum edib. Dronlarla həyata keçirilən hücum nəticəsində ərazidə yanğın baş verib. Məlumatı “Telegram” kanalları yayıb.
Söhbət Mixaylovsk şəhərində yerləşən neft bazasından gedir. Məlumata görə, bu obyektə son iki həftə ərzində üçüncü dəfə hücum həyata keçirilib.
Stavropol diyarının qubernatoru da dron hücumunu təsdiqləyib və hadisə yerində fövqəladə vəziyyət elan edib.