Ukrayna Rusiyanın Rostov vilayətində dəmiryolu infrastrukturuna hücum edib
Ukrayna Rusiyanın Rostov vilayətində dəmiryolu infrastrukturuna hücum edib

Rusiyanın Rostov vilayətində dəmiryolu infrastrukturuna hücum təşkil olunub. Bu barədə Ukrayna mediası rus teleqram kanallarına istinadən məlumat yayıb.

Məlumata görə, hücum Ukraynaya məxsus pilotsuz uçuş aparatları ilə həyata keçirilib. Yerli sakinlərin sözlərinə görə, şəhərdə partlayış səsləri eşidilib və dəmiryolu infrastrukturunun ərazisində yanğın baş verib.

Hücum faktını Rostov vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən Yuri Slyusar təsdiqləyib.

“Dəmiryolu stansiyasında yanğın baş verib, sərnişin qatarı təhlükəsiz yerə köçürülüb. Yanğının söndürülməsinə 45 nəfər və 12 texnika cəlb olunub”, – deyə Slyusar bildirib.