Ukrayna Rusiya ordusunu Baxmut şəhərinin bombalanmasında fosforlu döyüş sursatlarından istifadə etməkdə ittiham edir
Ukrayna Rusiya ordusunu Baxmut şəhərinin bombalanmasında fosforlu döyüş sursatlarından istifadə etməkdə ittiham edir.
Ukrayna hərbçiləri dronla çəkilmiş alova bürünmüş şəhəri əks etdirən videonu yayımladılar.
Fosforlu döyüş sursatların istifadəsi qadağan deyil, lakin onların mülki əhalinin yaşadığı ərazilərdə istifadəsi müharibə cinayəti hesab olunur. Fosforlu sursat söndürülməsi çətin olan yanğının sürətlə yayılmasına imkan yaradır.
Ukrayna xüsusi qüvvələrinin yaydığı bəyanatda Rusiyanın Baxmut şəhərini dağıtmaqda davam etdiyi qeyd edilir.
“BBC”-nin məlumatına görə, Ukrayna hərbçilərinin yaydığı videoda qeyd olunan hücumun dəqiq nə vaxt baş verdiyi bəlli deyil.