Ukrayna Rusiya istiqamətində 35 PUA havaya buraxıb
Ukraynanın Rusiya istiqamətində 35 PUA-nın buraxılması neft emalı zavodunda yanğına səbəb olub, məlumatı “Reuters” agentliyi yayır.
Rusiya Müdafiə Nazirliyi 17 PUA-nın Krasnodar vilayətində, dördünün Moskva vilayətində, qalan altısının isə digər bölgələrdə vurulduğunu açıqlayıb.
Krasnodar neft emalı zavodunda baş verən yanğın söndürülüb və yanğın nəticəsində tələfat yoxdur, ilkin məlumata əsasən, bir nəfər infarktdan dünyasını dəyişib.
Slavyansk inzibati vilayətinin rəhbəri Roman Siniaqovski neft emalı zavodunun əməkdaşlarının təxliyə edildiyini, hadisə nəticəsində ətraf yaşayış məntəqələrinin təhlükə altında olmadığını bildirib.
Moskva meri Sergey Sobyanin Moskva yaxınlığındakı üç bölgədə dronların vurulması nəticəsində xəsarət alanın olmadığını bildirib.
Ukrayna tərəfindən buraxılan 4 PUA Belqorodda elektrik xətlərini zədələyib.
“Reuters” agentliyinin yazdığı üzrə, bu, Ukraynanın Rusiya ərazisində həyata keçirdiyi genişmiqyaslı hava əməliyyatlarından biridir.