Ukrayna Rusiya bayrağı altında üzən "Midvolga 2" gəmisinə hücumla əlaqəsini təkzib edir
Ukrayna Rusiya bayrağı altında üzən "Midvolga 2" gəmisinə hücumla əlaqəsini təkzib edir

 

Ukraynanın Xarici İşlər Nazirliyi Qara dənizdə Rusiya bayrağı altında üzən gəmiyə dronla hücumu təkzib edir.

Ukraynanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin X sosial şəbəkəsində yazdığı kimi, “Ukraynanın bu hadisə ilə heç bir əlaqəsi yoxdur”.

“Biz rus təbliğatının bu cür bəyanatlarını rəsmi olaraq təkzib edirik. Üstəlik, ehtimal olunan marşrut Rusiyadan Gürcüstana Türkiyənin iqtisadi zonasından keçməklə, məntiqsizdir və hər şeyin Rusiya tərəfindən təşkil olunduğunu göstərir” – Ukraynanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi yazıb.

Məlumat üçün bildirək ki, türk tərəfi, Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan Rusiya bayrağı altında üzən tankerə hücum edilməsi haqda məlumat yayıb. Onların məlumatında, hücumda “kamikadze dron”un iştirak etdiyi deyilir.

Bununla yanaşı, Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi məsələ ilə bağlı bəyanat yayıb. Bəyanata əsasən, Rusiya bayrağı altında üzən “Midvolga 2” gəmisinin Gürcüstanın dəniz limanına gəlməkdə olması haqda yayılmış məlumat heç bir fakta əsaslanmır.