Ukrayna repatriasiya tədbirləri nəticəsində daha min hərbçinin cəsədini qaytarıb
Ukrayna repatriasiya tədbirləri nəticəsində daha min hərbçinin cəsədini qaytarıb. Müvafiq məlumatı hərbi əsirlərin məsələləri üzərində çalışan Koordinasiya Qərargahı yayır.
“Bu gün repatriasiya tədbirləri həyata keçirilib. Min cəsəd Ukraynaya qaytarılıb, Rusiya tərəfinin iddiasına görə, bu cəsədlər Ukrayna hərbi qulluqçularına məxsusdur” – qərargah tərəfindən “Telegram” kanalında yayılmış bəyanatda deyilir.
Cəsədləri məhkəmə-tibbi ekspertiza üçün Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin müvafiq qurumlarına təhvil verəcəklər.
Bununla yanaşı, rus mediasının məlumatına əsasən, Ukrayna 24 rus əsgərinin cəsədini rus tərəfinə təhvil verib.