Ukrayna Radasının Müdafiə Komitəsinin katibi Ukrayna hərbi birləşmələrinin Kursk bölgəsindən çıxarılmasını mümkün hesab edir

13:46, 11.03.2025

 
Ukrayna Radasının Müdafiə Komitəsinin katibi Ukrayna hərbi birləşmələrinin Kursk bölgəsindən çıxarılmasını mümkün hesab edir. Bu barədə məlumatı Ukrayna mediası yayır.

Roman Kostenkonun bəyanatına əsasən, Kursk bölgəsində Ukraynanın hərbçiləri üçün vəziyyət ağırdır, çünki Rusiya ordusu hər tərəfdən onların mövqelərinə hücum etməklə yanaşı, onların mühasirəyə alınması üçün şərait yaratmağa da çalışır. Ukraynalı deputat bildirib ki, rusların uğuru Amerika Birləşmiş Ştatlarının kəşfiyyat məlumatlarını məhdudlaşdırması ilə bağlı deyil.

“Nə qərar veriləcək, ehtiyatlar ora göndəriləcək, yoxsa yox, köçürülmə barədə qərar veriləcək, yoxsa yox, bu aktiv faza bir qədər dayananda bunu daha sonra görəcəyik” – Roman Kostenko qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin komandanı Aleksandre Sirski Ukrayna Müdafiə Qüvvələrinin Kursk bölgəsində mümkün mühasirəyə alınması ilə bağlı məlumatı təkzib edib. Bununla yanaşı, Müharibənin Tədqiqi İnstitutunun analitikləri hesab edirlər ki, ruslar yaxın gələcəkdə Suci şəhərini zəbt etmək cəhdlərinə başlaya bilərlər.

Oxşar