Ukrayna Radası ABŞ-la faydalı qazıntılar haqqında razılaşmanın ratifikasiyasını dəstəkləyib
Ukrayna Radası ABŞ-la faydalı qazıntılar haqqında razılaşmanı ratifikasiya edib. Sənədi 338 deputat dəstəkləyib. Heç kim əleyhinə olmayıb.
ABŞ və Ukrayna faydalı qazıntıların birgə hasilatı və Ukraynanın bərpası üçün investisiya fondunun yaradılması barədə razılaşmanı aprelin 30-da imzaladılar. Hasil edilmiş təbii resurslardan, infrastruktur obyektləri və Ukraynanın digər aktivlərindən istifadə etməklə əldə olunan gəlirdən fond vasitəsilə vəsait səfərbər ediləcək.
Bununla yanaşı, sənədin imzalanmasından sonra Vaşinqtonun təmin edəcəyi ABŞ tərəfindən Ukraynaya göstərilən hərbi yardım fonda yatırılan investisiya kimi qəbul ediləcək.