Ukrayna rabitə xidmətində bəyan edirlər ki, Rusiya Xarkovda qaz kəmərini partlatdı

11:11, 27.02.2022

Rusiya silahlı qüvvələri Xarkovda qaz kəmərini partlatdı. Bu barədə Ukraynanın Dövlət Xüsusi Rabitə və İnformasiya Mühafizəsi Xidməti məlumat yayır.

Üİşğalçılar Xarkovda qaz kəmərini partlatdılar. Yanlış məlumata uymayın – bu, nüvə zərbəsi deyil, lakin partlayışa vizual olaraq bənzəyir”, – idarənin bəyanatında deyilir.

Bununla yanaşı, dövlət idarəsi əhaliyə xəbərdarlıq edir ki, partlayış baş verən kimyəvi obyektlərdən uzaq dursun və onlara yaxınlaşmasın.

Oxşar