Ukrayna prezidentinin Ofisində Rusiyanın məğlub edilməsi üçün zəruri olan beş addımı açıqladılar
Ukrayna prezidentinin Ofisində Rusiyanın məğlub edilməsi üçün zəruri olan beş addımı açıqladılar. Bu barədə Ukrayna prezidenti aparatının rəhbəri, Andrey Yermak “Telegram” kanalında yazdı.
Onun dediyinə görə, Rusiyanı terroru dəstəkləyən dövlət kimi tanımaq, eləcə də Rusiya vətəndaşlarına viza məhdudiyyəti qoymaq, neftin qiymətinə məhdudiyyətlər tətbiq etmək və Rusiyanın təbii qazına və silahlarına embarqo qoymaq lazımdır.
“Bu addımlar bizə Rusiyanı məğlub etməyə, iqtisadiyyatını, ordusunu məhv etməyə kömək edəcək, həm də Rusiyanın müharibəni davam etdirmək və Qərbi şantaj etmək istəyini aradan qaldıracaq”, – Yermak bəyan etdi.