Ukrayna Prezidenti Volodimir Zelenski dünən Ağ Evdə keçirilən görüş zamanı ABŞ Prezidentinə ukraynalı hərbçinin ona hədiyyə etdiyi qolf çubuğunu təqdim edib
Ukrayna Prezidenti Volodimir Zelenski dünən Ağ Evdə keçirilən görüş zamanı ABŞ Prezidentinə ukraynalı hərbçinin ona hədiyyə etdiyi qolf çubuğunu təqdim edib

Ukrayna Prezidentinin Administrasiyasının məlumatına görə, Zelenski qolf çubuğunu ABŞ Prezidentinə təqdim edərkən bildirdi ki, onu Ukrayna Silahlı Qüvvələrinin kiçik serjantı Konstantin Kartavtsev hədiyyə edib. Kartavtsev Rusiya işğalının ilk aylarında döyüş yoldaşlarını xilas edərkən ayağını itirib.

Prezidentin sözlərinə görə, qolf kiçik serjantın reabilitasiyasının bir hissəsinə çevrilib.

Ukrayna Prezidentinin Administrasiyası qeyd edib ki, Zelenski Donald Trampa həmçinin Kartavtsevin videomüraciətini də göstərib. Videoda ukraynalı hərbçi ABŞ liderindən Ukraynada müharibənin ədalətli və davamlı sülhlə başa çatmasına yardım etməyi xahiş edir.

Prezident Tramp hədiyyəni qəbul edib və cavab olaraq videomüraciət çəkib, orada ukraynalı əsgərə təşəkkürünü bildirib.

Öz növbəsində, Donald Tramp Ukrayna Prezidentinə Ağ Evin simvolik açarını hədiyyə edib.