Ukrayna prezidenti, Vladimir Zelenskinin həyat yoldaşında koronavirus təsdiq olundu
Ukrayna prezidenti, Vladimir Zelenskinin həyat yoldaşında koronavirus təsdiq olundu

Ukrayna prezidenti, Vladimir Zelenskinin həyat yoldaşı, Yelenada koronavirus təsdiq olundu, – bu barədə məlumatı Ukraynanın birinci xanımı “instragram” sosial şəbəkəsində təsdiq edir.

“Karantinin yüngülləşdirilməsi demək deyil ki, koronavirus yoxa çıxdı, təhlükə başa çatmayıb. Bizə elə gəldiyindən daha da yaxındadır. Bu gün mən koronavirus üzrə testə müsbət cavab aldım. Gözlənilməz yenilikdir. Xüsusilə onu nəzərə alaraq ki, mən və mənim ailəm bütün qaydaların müdafiəsini davam etdiririk. Onu da deyim ki, özümü yaxşı hiss edirəm və tamimilə müalicədəyəm. Ailəmin başqa üzvlərindən izolasiyadayam ki, onlara da təhlükə yaratmayım”, – Ukrayna prezidentinin həyat yoldaşı yazır.

Koronavirus üzrə test Ukrayna prezidenti və onun uşaqlarına da edildi, lakin onlarda “COVID-19” təsdiq olunmadı.

Bununla yanaşı, Ukraynanın birinci xanımının virusa haradan yoluxması məlum deyil.