Ukrayna prezidenti - Vladimir Putin o yerə çatır ki, onunla danışıqlar masasına heç kim əyləşməyəcək
Ukrayna prezidenti - Vladimir Putin o yerə çatır ki, onunla danışıqlar masasına heç kim əyləşməyəcək

Vladimir Putin o yerə çatır ki, onunla danışıqlar masasına heç kim əyləşməyəcək, – bu barədə Ukrayna prezidenti, Vladimir Zelenski “Bild” nəşrinə müsahibəsində bəyan etdi.

“Düşünürəm ki, danışıqların şansı hər gündən günə azalır. Vladimir Putin o yerə çatır ki, onunla danışıqlar masasına heç kim əyləşməyəcək. Hesab edirəm ki, danışıqlar masasına onlar ərazimizi tərk etsələr otura bilərik. Çünki onlar bizim ərazilərimizi tərk edəndə bizim qonşumuz olacaqlar. Məhz bu məqamda biz danışıqlar masası arxasına oturub yaşamağa necə davam edəcəyimizi danışa bilərik”, – Zelenski bəyan etdi.