Ukrayna prezidenti ofisinin rəhbəri Türkiyə prezidentinin baş müşaviri ilə görüşdü
Ukrayna prezidenti ofisinin rəhbəri, Andrey Yermak Türkiyə prezidentinin baş müşaviri, İbrahim Kalin ilə görüşdü. Müvafiq məlumatı Ukrayna prezidenti ofisi yayır.
Onların sözlərinə görə, Yermak türkiyəli həmkarına cəbhədəki vəziyyət və işğalçı qarşısında Ukrayna xalqının qəhrəmancasına müqaviməti barədə məlumat verdi.
Ukrayna prezidenti ofisinin rəhbəri həmçinin, prezident Ərdoğanın nümayəndəsi ilə Mariupol şəhərindəki son dərəcə ağır vəziyyətdən danışdı. Görüşdə ikitərəfli əməkdaşlığın geniş spektri müzakirə olundu. Zelenskinin ofisindən verilən məlumata görə, Ukrayna üçün effektiv beynəlxalq təhlükəsizlik təminatları sisteminin inkişafına xüsusi diqqət yetirildi.
Ukrayna prezidenti ofisinin məlumatına görə ,Ukrayna Türkiyənin beynəlxalq təhlükəsizlik təminatları sisteminin tərəflərindən biri olmasında maraqlıdır.