Ukrayna prezidenti Donetsk vilayətinin sakinlərini təxliyə etməyə çağırdı
Ukrayna prezidenti Donetsk vilayətinin sakinlərini təxliyə etməyə çağırdı

Ukrayna prezidenti, Vladimir Zelenski Donetsk vilayətinin sakinlərini təxliyə etməyə çağırdı. Bu barədə Ukrayna prezidenti növbəti videomüraciəti zamanı bəyan etdi.

“Donbasda yüz minlərlə insan, on minlərlə uşaq oranı tərk etməkdən imtina edir. Lakin bunu etmək həqiqətən lazımdır. Bu qərarı hər halda verməli olacaqsınız, inanın mənə; və bunu nə qədər tez etsəniz, Donetsk vilayətini nə qədər çox insan tərk etsə, Rusiya ordusu bir o qədər az adam öldürməyi çatdıracaq. Hökumətin məcburi təxliyə ilə bağlı qərarı artıq qüvvədədir. Hər şey planlaşdırılıb, biz sizə maddi-texniki cəhətdən, pulla tam dəstək verəcəyik –  sadəcə olataq insanların özlərinin qərarı lazımdır. Yola düşün, biz yardım edəcəyik. Biz Rusiya deyilik, çünki bizim üçün hər bi həyat önəmlidir və hər şeyi edəcəyik ki, olduqca çox həyatı xilas edək, rus terrorunu maksimal olaraq məhdudlaşdıraq. Müharibənin bu fazasında terror Rusiya üçün əsas silahdır”,  – Zelenski bəyan etdi.

Bundan əvvəl məlum olub ki, Ukrayna hakimiyyəti qış mövsümü başlamamışdan əvvəl, Donetsk vilayətindən məcburi təxliyə barədə qərar qəbul etdi.