Ukrayna Prezidenti Böyük Britaniyanı NATO ölkələrinin Ukraynanın ehtiyac duyduğu silahları ABŞ-dan aldığı proqrama dəvət edib
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanı NATO ölkələrinin Ukraynanın ehtiyac duyduğu silahları ABŞ-dan aldığı proqrama dəvət edib.
Volodimir Zelenski bildirib ki, Böyük Britaniyanın Baş naziri ilə görüşdə Alyaskada Donald Tramp və Vladimir Putinin görüşünün gözləntilərindən bəhs olunub və eləcə də Ukraynanın təhlükəsizlik təminatları müzakirə olunub.
“ABŞ Rusiyanı qətli dayandırmağa və real mahiyyətə yönəlmiş diplomatiyaya başlamağa məcbur edə bilsə, dünyanı daha sabit edəcək təhlükəsizlik təminatlarını ətraflı müzakirə etdik” – Ukrayna Prezidenti bildirib.
O, Böyük Britaniyanın Baş naziri ilə görüşdə həmçinin Ukrayna ordusuna və müdafiə istehsalına dəstəyi müzakirə etdiklərini deyib. Zelenski Böyük Britaniyanı NATO ölkələrinin Ukraynanın ehtiyac duyduğu silahları ABŞ-dan aldığı proqrama dəvət edib.
Ukrayna Prezidenti həmçinin dronların istehsalı məsələsinin də müzakirə olunduğunu bildirib. Onun sözlərinə əsasən, Ukrayna dronlar istehsal etmək imkanına malikdir və bu sahəyə qoyulan investisiyalar vəziyyəti strateji səviyyədə dəyişə bilər.
Məlumat üçün bildirək ki, Ukrayna Prezidenti bu gün Londondadır və baş nazir Kir Starmerlə görüşüb.