Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak çirkli pulların yuyulması işi üzrə saxlanılıb
Kiyevin Ali Antikorrupsiya Məhkəməsi Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Məhkəmə Yermaka girov müqabilində azadlığa çıxmaq imkanı da verib.
Girovun məbləği 140 milyon qrivna (3,2 milyon dollar) təşkil edir. Yermak bildirib ki, onun bu qədər pulu yoxdur.
Andrey Yermakın sözlərinə görə, bu məsələ ilə bağlı vəkili onun dostları və tanışları ilə danışacaq.
Girov ödənildiyi təqdirdə, Yermak Kiyevi tərk etməməli, xarici pasportlarını təhvil verməli və bu iş üzrə fiqurant olan bir neçə şəxslə, o cümlədən Timur Mindiç, keçmiş baş nazirin müavini Aleksey Çernışov və falçı Veronika Anikeyeva ilə əlaqə saxlamaqdan çəkinməlidir.
Keçmiş yüksəkvəzifəli şəxsin müdafiə tərəfi məhkəmənin qərarından beş gün ərzində apellyasiya şikayəti verə bilər.
Yermak Kiyev yaxınlığında yerləşən “Dinastiya” elit kompleksinin tikintisi zamanı 460 milyon qrivnanın (10 milyon dollar) yuyulması ilə bağlı işdə fiqurantdır. O, ittihamı qəbul etməyib. Andrey Yermakın vəkilinin