Ukrayna Prezident Administrasiyasında hərbi əməliyyatlar zamanı ölkədə seçkilərin keçirilməsinin reallıqdan uzaq olduğunu bəyan edirlər

22:12, 19.08.2026
An officer looks out from a door beside a plaque reading "President of Ukraine" on the Ukrainian president's office during talks with the French Foreign Affairs Minister on May 31, 2019. (Photo by Sergei SUPINSKY / AFP)

An officer looks out from a door beside a plaque reading "President of Ukraine" on the Ukrainian president's office during talks with the French Foreign Affairs Minister on May 31, 2019. (Photo by Sergei SUPINSKY / AFP)

 

Ukrayna Prezident Administrasiyası keçmiş müdafiə naziri Mixail Fedorovun ölkədə seçkilərin keçirilməsi ilə bağlı çağırışına münasibət bildirir.

“BBC”yə Volodimir Zelenskinin Administrasiyasının nümayəndəsi bildirib ki, hərbi əməliyyatlar zamanı seçkilərin keçirilməsi ideyası reallıqdan uzaqdır.

Nəşrin məlumatına əsasən, Administrasiya nümayəndəsi həmçinin qeyd edib ki, “raketlər və dronların müşayiəti ilə” seçkiləri planlaşdırmaq çox qəribədir.

“Bu, reallığın tamamilə olmamasına dəlalət edir” – Ukrayna Prezident Administrasiyasının nümayəndəsi bildirib.

Məlumat üçün bildirək ki, Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov Ukraynada seçkilərin keçirilməsi çağırışı ilə çıxış edib. Fedorov bildirib ki, Ukrayna, hətta uzanan müharibə şəraitində də, tamdəyərli demokratik prosesin bərpasına imkan verəcək qanuni, təhlükəsiz və real mexanizm tapmalıdır.

Oxşar