Ukrayna pilotsuz uçuş aparatları Şimali Osetiyaya hücum edib, Beslanda qalıqlar yaşayış binasının üzərinə düşüb, 70 nəfər təxliyə olunub
18 yanvar gecəsi Ukrayna dronları Beslana hücum edib. Pilotsuz uçuş aparatlarından birinin qalıqları beşmərtəbəli yaşayış binasının damına düşüb.
Bu barədə Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo məlumat yayıb. Binadan 70 nəfər təxliyə olunub. Bir nəfərə tibbi yardım göstərilib. Beşmərtəbəli binanın damı və pəncərələri zədələnib.
Səhər saatlarından etibarən Vladikavkaz hava limanında, eləcə də Qroznı və Maqas hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, gecə ərzində Şimali Osetiyanın hava məkanında altı pilotsuz uçuş aparatı vurulub. Nazirliyin məlumatına görə, ümumilikdə Rusiya regionlarında gecə ərzində 63 Ukrayna dronu məhv edilib.