Ukrayna ordusunda Donetsk vilayətinin Kuraxovo şəhərində vəziyyətin ağır olduğunu, ukraynalı hərbçilərin şəhərin qərb kənarında mövqelərini qoruyub saxladığını bildirirlər

18:14, 07.01.2025

 

Donetsk vilayətinin Kuraxovo şəhərində vəziyyət ağırdır, ukraynalı hərbçilər şəhərin qərb kənarında öz mövqelərini qoruyub saxlayırlar. Bu haqda Ukrayna Milli Telemarafonunun efirində Ukrayna Silahlı Qüvvələrinin “Xortitsa” əməliyyat-strateji qrupunun sözçüsü mayor Viktor Trequbov bildirib.

“Ruslar sadəcə olaraq şəhərdəki hər bir evi dağıtmağa çalışırlar. Şəhər tamamilə dağıdılanda müdafiəni saxlamaq üçün sadəcə yer yoxdur, çünki möhkəmləndirmək üçün faktiki olaraq heç bir yer yoxdur. Evlər yoxdursa, yalnız yandırılmış torpaq varsa, müdafiəni saxlamaq imkansızdır. İndi Kuraxovoda vəziyyət həqiqətən də kifayət qədər ağırdır, çünki şəhərin əhəmiyyətli hissəsi dağıdılıb. Ukrayna qoşunları şəhərin qərb hissəsində, qərb kənarında qalır. O cümlədən şəhərdə yerləşən elektrik stansiyasını qoruyub saxlayırlar” – ukraynalı hərbçi bildirib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Kuraxovo şəhərinin ələ keçirilməsi ilə bağlı bəyanat yaymışdı.

Kuraxovo Ukraynanın Donetsk vilayətinin qərbində yerləşir və Rusiya qoşunlarının son bir neçə həftə ərzində intensiv hücum etdiyi Pokrovski rayonuna daxildir.

Oxşar