Ukrayna Omskda yerləşən neft emalı zavoduna hücum edib
Ukrayna tərəfi qüvvələrinin Rusiyanın Omsk şəhərindəki ölkənin ən böyük neft emalı zavodlarından birinə güclü hücum etdiyini açıqlayıb.
Ukrayna tərəfi neft emalı zavodunun Ukrayna sərhədindən 200 kilometr məsafədə yerləşdiyini bəyan edib.
Ukrayna hərbçiləri, Omsk neft emalı zavodunun Rusiya işğal ordusunun təchizatında mühüm rol oynadığını bildiriblər.
“Omsk neft emalı zavodu Rusiya Federasiyasındakı ən güclü neft emalı zavodudur. O, ildə 21 milyon tondan çox neft emal edə bilir. Zavod geniş çeşiddə yanacaq, sürtkü yağları və neft-kimya məhsullarının istehsalında ixtisaslaşıb” – Ukrayna Baş Qərargahının bəyanatında deyilir.
Rusiya tərəfi də hadisə ilə bağlı məlumat yayır. Omsk vilayətinin qubernatoru Vitali Xotsenko bildirib ki, sənaye zonasına Ukrayna dronları hücum edib və təcili yardım xidmətləri hadisə yerində çalışırlar.