Ukrayna Müdafiə Nazirliyində “Starlink” və “Starshield” sistemlərinin işlədiyini və rabitənin sabit olduğunu bəyan edirlər
Ukrayna Müdafiə Nazirliyi “Starlink” və “Starshield” sistemlərinin saatda 400 kilometrdən çox sürətlə hərəkət edərkən belə işlədiyini və rabitənin sabit olduğunu rəsmən təsdiqləyib.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski cəbhənin müxtəlif hissələrində “Starlink” və “Starshield” sistemlərinin saatda 130-161 kilometrdən yuxarı sürətlə hərəkət zamanı fəaliyyətini dayandırdığını, bunun isə logistikanı çətinləşdirdiyini və Ukrayna dronlarının istifadəsini məhdudlaşdırdığını bəyan etmişdi.
Oktyabrın 16-da ABŞ Prezidenti Donald Tramp Ağ Evin Ukrayna tərəfindən bu sistemlərin istifadəsinin məhdudlaşdırılmasında iştirakının olmadığını bildirmişdi.