Ukrayna müdafiə nazirinin müavini – Mariupolda kimyəvi silahdan istifadə ilə bağlı məlumatlar yoxlanılır, bu, fosforlu sursat ola bilər
Ukrayna Müdafiə Nazirliyi bildirir ki, Mariupolda kimyəvi silahdan istifadə ilə bağlı məlumat yoxlanılır.
Ukrayna müdafiə nazirinin müavini Anna Maliarın dediyinə görə, bu, fosforlu sursat ola bilər.
“Hazırda məlumatı yoxlayırıq. Nə istifadə edildiyini anlamağa çalışırıq. İlkin ehtimallara görə, bu, çox güman ki, fosforlu döyüş sursatı ola bilər. Son rəsmi məlumat daha sonra açıqlanacaq”, – deyə Maliar bildirib.
“Azov alayı” Rusiya qüvvələrinin Mariupolda kimyəvi maddələrdən istifadə etdiyini və üç nəfərdə zəhərlənmə əlamətlərinin olduğunu bildirib. Eyni zamanda, Ukrayna mətbuatının yazdığına görə, rus işğalçıları Mariupoldakı “Azovstal” zavodunda kimyəvi silahdan istifadə ediblər.