Ukrayna Moldovadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyacaq
Ukrayna Moldovadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyacaq. Kiyevdə bu qərar Kişinyovun Ukrayna məhsullarının idxalına Avropa İttifaqının qadağasına qoşulduqlarını elan etməsindən sonra verildi.
Daha dəqiq olaraq, Moldova müvəqqəti olaraq Ukraynadan buğda, qarğıdalı, raps və günəbaxan idxalını dayandıracaq. Kişinyovda bəyan etdilər ki, ölkənin taxıl anbarları dolub-daşır və yerli fermerlər yeni məhsul üçün saxlama yerlərinin tükənəcəyindən qorxurlar.
Ukraynanın İqtisadi İnkişaf Nazirliyində Moldovanın qərarını qeyri-dost addım adlandırdılar və bəyan etdilər ki, cavab olaraq Moldovadan importu tamamilə dayandracaqlar.
Xatırladırıq ki, bundan əvvəl Avropa Komissiyası bəzi Ukrayna məhsullarının Avropa İttifaqının 5 ölkəsinə idxalına müvəqqəti qadağa qoydu. Bu məhdudiyyət 5 iyuna qədər qüvvədə qalacaq.