Ukrayna mətbuatının yazdığına görə, Vladimir Zelenski Radada hərbi vəziyyətin uzadılmasını təklif edir
Ukrayna mətbuatının yazdığına görə, Vladimir Zelenski Radada hərbi vəziyyətin uzadılmasını təklif edir

Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya ölkədə müharibə vəziyyətinin uzadılmasını təklif edib.

Ukrayna mətbuatı xəbər verir ki, müvafiq qanun layihəsi bu gün parlamentdə qeydə alınıb.

Vladimir Zelenski Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə görə fevralın 24-də ölkədə hərbi vəziyyət elan edib. O vaxtdan bəri prezidentin təşəbbüsü ilə Ali Rada tərəfindən hərbi vəziyyət iki dəfə 30 gün uzadılıb.