Ukrayna mətbuatının yazdığına görə, Avropa Şurası Parlament Assambleyası Dnestryanı Rusiya tərəfindən işğal olunmuş zona kimi rəsmən tanımaq istəyir və Gürcüstan nümayəndə heyəti də bu təşəbbüsü dəstəkləyir

22:00, 15.03.2022

Avropa Şurası Parlament Assambleyası Dnestryanı Rusiya tərəfindən işğal olunmuş zona kimi rəsmən tanımaq istəyir. Müvafiq qətnamə bu gün müzakirəyə çıxarılacaq.

“Europayskaya Pravda”nın yazdığına görə, qətnamənin mətni Rusiyanın 1992-ci ildə Moldovaya qarşı təcavüzünü və Dnestryanı ərazinin Rusiya tərəfindən işğalını tanımasını nəzərdə tutur.

Bu təşəbbüs Avropa Şurası Parlament Assambleyasının Gürcüstan, Ukrayna, Rumıniya, Estoniya, Böyük Britaniya, Fransa və Türkiyədəki nümayəndə heyətləri tərəfindən dəstəklənir.

Qətnamə hazırkı formada təsdiq olunarsa, bu, Dnestryanı bölgənin Rusiya tərəfindən işğal edilmiş ərazi kimi qeyd olunacağı Avropa Şurasının ilk rəsmi sənədi olacaq.

Oxşar