Ukrayna mətbuatının məlumatına görə, Rusiya qüvvələrinin Xarkova hücumu nəticəsində azı bir nəfər həlak olub

10:47, 24.07.2024

Ukraynada döyüşlər davam edir. Rusiya tərəfi Xarkova hücuma keçib.

Ukrayna mətbuatı Xarkov merinə istinadən xəbər verir ki, bir neçə partlayış nəticəsində azı bir nəfər həlak olub. Həmçinin, xəsarət alanlar var ki, onlara hadisə yerinə həkimlər tərəfindən kömək göstərilib.

Geniş yayılmış məlumatlara görə, Rusiya hərbçiləri Xarkov rayonlarından birini S-300 raketləri ilə vurub. Hücum nəticəsində bir ev də yandırılıb, avtomobillərə və yerli infrastruktura ziyan dəyib.

Xüsusi xidmət orqanları hadisə yerindədir.

Oxşar