Ukrayna mətbuatının məlumatına görə, rus işğalçıları Mariupoldakı “Azovstal” zavodunda kimyəvi silahdan istifadə ediblər, 3 nəfərdə zəhərlənmə əlamətləri aşkarlanıb.

10:27, 12.04.2022

Azov alayının nəzarətindəki Mariupoldakı “Azovstal” zavodunda rus işğalçıları kimyəvi silahdan istifadə ediblər. Ukrayna mətbuatı xəbər verir ki, bu barədə Azov alayının rəisi Andrey Beletski videomüraciətində bildirib. Beletskinin sözlərinə görə, kimyəvi hücumun nəticələri azdır, üç nəfərdə zəhərlənmə əlamətləri var.

“Ruslar Mariupolda, Azovstal zavodunda kimyəvi hücum həyata keçirdilər. Vurmağın praktik tərəfindən danışsaq, o qədər də böyük deyil. Üç nəfərdə fəlakətli nəticələr olmasa da, döyüş kimyəvi maddə ilə zəhərlənmə əlamətləri var. Mariupola kimyəvi hücum yalnız bir şey deməkdir: ruslar Mariupolu və ukraynalı müdafiəçiləri ala bilməz. Onların qadağan olunmuş silahlardan istifadə etməkdən başqa heç nələri yoxdur”, – Azov alayının rəisi deyib.

Beletskinin sözlərinə görə, yaralıların vəziyyəti qənaətbəxşdir.

Bundan əvvəl Azov alayı sosial şəbəkələrdə Rusiya qüvvələrinin Mariupolda pilotsuz uçuş aparatı vasitəsilə kimyəvi maddədən istifadə etdiyi barədə məlumat yayıb.

Oxşar