Ukrayna mətbuatı xəbər verir ki, Rusiya Vinnitsa vilayəti istiqamətində atəş açıb
Ukrayna mətbuatı xəbər verir ki, Rusiya Vinnitsa vilayəti istiqamətində atəş açıb. Vinitsa vilayətinin hərbi administrasiyasının rəhbəri Serqey Borozovun sözlərinə görə, ölən və yaralananlar var.
Onun sözlərinə görə, Rusiya yaşayış məntəqələri – Zmerink və Kazatin istiqamətində atəş açıb.
“Zmerinka və Kazatin şəhərləri Rusiyanın hücumu altındadır. Düşmən kritik infrastruktura hücum edir. Təəssüf ki, ölənlər və yaralananlar var”, – Borizov yazıb.
Borizovun sözlərinə görə, hadisə yerində xilasedicilər, polis və xüsusi təyinatlılar işləyir.